Tarixde Bugün - 26 May

Son güncelleme: 25.05.2011 22:17
  • Tarixde Bugün - 26 May
    __________________

    26 may. İlin sonuna 219 gün qalır.

    1799. Rus şair Aleksandr Puşkin anadan olub. 20-ci əsrdə şairin bir çox əsəri Azərbaycan dilinə tərcümə edilib

    1883. Əlcəzairin milli qəhrəmanı, sərkərdə Əbdül Qadir anadan olub

    1896. Sonuncu rus çarı II Nikolay taxta çıxıb

    1904. Türk şair Nəcib Fazil Qısakürək anadan olub

    1908. İranın Məscid Süleyman şəhərində Orta Şərqdə ilk neft yatağı aşkar edilib

    1918. Zaqafqaziya Seyminin son iclası keçirilib. Uzun sürən qarşılıqlı ittihamlardan sonra seym Zaqafqaziya respublikasının parçalanmasını təsdiq edən qətnamə qəbul edib

    1918. Gürcüstan Demokratik Respublikası elan edilib

    1920. Azərbaycan SSR vahid Əmək məktəbi haqqında əsasnamə qəbul edilib

    1922. Bakıda Zaqafqaziya qadınlarının I qurultayı keçirilib

    1941. Diktor, Azərbaycan Respublikasının xalq artisti Ofeliya Sənani anadan olub

    1947. SSRİ-də ölüm hökmü ləğv edilib. Aradan 3 il keçəndən sonra isə bu cəza növü bərpa edilib

    1948. CAR-da aparteid siyasəti başlayıb

    1972. Brejnev və Riçard Nikson nüvə silahının məhdudlaşdırılmasına dair saziş imzalayıblar

    1991. Zviad Qamsaxurdiya Gürcüstanda prezident seçkilərində qalib gəlib

    1995. Rusiya və Belarus arasındakı sərhəd təntənəli mərasimlə ləğv edilib.
#25.05.2011 22:17 0 0 0