Elariz də bunu etdi

Son güncelleme: 25.05.2011 23:21
  • noimage

    Azərbaycanlı müğənni Elariz Məmmədoğlu sözü və musiqisi özünə məxsus olan "Hara getsəm" adlı mahnını təqdim edib.

    Lent.az-a açıqlamasında müğənni bəstənin ona uğur gətirdiyindən ağızdolusu danışıb: "Bu mahnımın ərsəyə gəlməsində zəhmətim böyük olsa da, təkrarlamaq istəyirəm ki, mən nə şair, nə də bəstəkaram. Sadəcə sevgi dünyamdan yazıram. Və əsl sevginin nə olduğunu yaşayan pərəstişkarlarımdan müsbət qiymət alıram. Xüsusi olaraq, vurğulamaq istərdim ki, yaxın dostum rejissor Rəhman Əliyev heç bir təmənna güdmədən "Hara getsəm"ə çox maraqlı bir klip çəkib. Ekran işi tam hazırdır. Ancaq jurnalistlər məndən inciməsinlər, bu dəfə təmtəraqlı klip təqdimatı keçirmək niyyətində deyiləm. Media mənsublarına hesabat vermədən, klipi tamaşaçılara təqdim edəcəyəm. Dördüncü hakimiyyətin nümayəndələri ilə isə daha böyük yaradıcılıq işlərimi gerçəkləşdirəcəyim zaman görüşməyi planlaşdırıram. Gerçəkləşdirəcəyim layihə sürpriz olduğundan bu barədə indidən danışmaq istəmirəm".

    Lalə
#25.05.2011 23:21 0 0 0