Ermənistan Silahlı Qüvvələri atəşkəsi pozub

Son güncelleme: 26.05.2011 22:19
  • noimage

    Cəbhə xəttində atəşkəsin ermənilər tərəfdən pozulması davam edir.

    Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri mayın 25-də saat 10.10-dan 10.25-dək Cəbrayıl rayonunun Mehdili kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 12.25-dən 13.20-dək Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 15.10-dan 15.15-dək, 22.20-dən 22.40-dək, 22.40-dan 23.00-dək və 22.40-dan 22.45-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Qorqan və Aşağı Əbdülrəhmanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

    Düşmən cavab atəşi ilə susdurulub.

    Qaynaq:Lent.az
#26.05.2011 22:19 0 0 0