"Yeni Ulduz-7" mahnı müsabiqəsinin qalibi, gənc müğənni, bəstəkar və gitara ifaçısı Çingiz Mustafayevin konserti olacaq.
"Tonica production"ın təşkilatçılığı ilə keçəcək konsert iyunun 11-də baş tutacaq. "Tonica production"dan Lent.az-a verilən məlumata görə, konsertdən öncə müğənni ilk albomunu və video klipini təqdim edəcək. Çingiz alboma daxil olan mahnıları canlı səsləndirəcək.
Tədbirdə Ədalət Şükürov, Samira, Röya, Rəhim Rəhimli və başqa müğənni qonaqlar da olacaq.