Bu gecə yenə ağladım

Son güncelleme: 29.05.2011 17:19
  • noimage

    noimage

    noimage
    Tutmaq istədim əllərini, öpməyini məni..
    Hiss etməyi isti bədənimi..
    Bu gecə bir dəfə daha darıxdım sənin uçun..
    Həsrəti yenə ürəyimə de və ağladım bu gecə...
    Qismətimə əsəbəşib, amma yenə ağlayaraq səni düşündüm bu gecə...
    Nə qədər çox istəyərdim yanımda olmağını,

    Çünki mənim bütün dünyam yalnız sən olmalı idin, yalnız səni görməliydim və mənə yalnız sən baxmalı idin...
    Ağılıma gələn bütün hər şeyə baxmayaraq sıyırıb bədənimdən sənin yanına göndərdim ruhumu...
    Qısqandı yenə hər gecəki kimi səni içdən içə ürəyim...
    Və Giley də etdi, ağladıda gözlərim...
    Çünki Sən Mənə Baxmalı idin indi,
    Və yalnız mənim olmalı idi gözlərin...
    Mənim sənin olduğum kimi səndə yalnız mənim...

    noimage

    Düşünmək qəflətən , və qəfil ağrılar hiss etmək, bu gecə bir daha təkrarladı hər şey özünü...
    Və mən bu gecə yenə ağladım, yenə sevdim səni utanmadan...
    Qısqandım, darıxdım və ağladım...
    Və yenə yalnız sənin oldum öz özümə, yenə andlar etdim, yenə dualar etdim, bilirəm bir gün bir yerdə bədənim olmasa da ruhum çatacaq sənə...
    Bu gecə yenə ağladım, yoxluğuna...

    Gecələri yandırmaq istədim yenə, yandırıb yıxmaq hər şeyi hər zərrəni yerlə bir etmək, su olub söndürmək günəşi, sənin yoxluğunda məni istilətməyə çatmayan o günəşi söndürmək istədim !
    Bu gecə yenə bütün dünyanı ardımda buraxıb qaçmaq istədim, yoxluğundan qaçmaq..
    Edə bilmədim, her defəsında ölmək istədim amma ölə bilmədim, bu ağrıdan xilas ola bilmədim...

    noimage

    Bu gecə yenə atəşi qucaqladı bədənimi sənsizliyin və mən ağladım...
    Yenə ruhum əzab çəkdi, yenə boğazım düyünlənildi, gözlərim yandı, üşüdü əllərim uzanmaq,
    uzanıb tutmaq istədim amma edə bilmədim...
    Sən yox idin və mən yoxluğunda qanadım...

    Yox Olmaq istədim minlərlə dəfə yenə bu gecə...
    Yox Ola bilmədim, sənsizlikdə varda ola bilmədim...

    Darıxdım amma sənə izah edə bilmədim, axtara bilmədim, səsini eşidə bilmədim yalnız ağladım...
    Hər şeyi sənə Yazdım. !

    Və Mən Bu gecə yenə ağladım...

    noimage
#29.05.2011 17:19 0 0 0