Tarixde Bugün - 30 May

Son güncelleme: 29.05.2011 22:42
  • Tarixde Bugün - 30 May
    ___________________

    30 may. İlin sonuna 215 gün qalır.

    1431. Fransa milli qəhrəmanı Janna Dark diri-diri yandırılıb. Kilsə 1920-ci ildə onu müqəddəslər sırasına daxil edib

    1672. Rus çarı I Pyotr anadan olub

    1778. Fransız yazıçısı, maarifçi Volter vəfat edib

    1814. Napoleon Bonapart Elba adasına sürgün edilib

    1862. Şair Mirzə Ələkbər Sabir anadan olub

    1876. İntihar edən Osmanlı sultanı Əbdüləzizi sultan V Murad əvəz edib

    1918. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması haqqında dünya parlamentlərinə radioqram göndərilib

    1930. Şair Fikrət Sadıq anadan olub

    1960. Rus yazıçısı, Nobel mükafatı laureatı Boris Pasternak vəfat edib

    1967. Aktyor İsmayıl Əfəndiyev vəfat edib

    1999. Bayram günü Minsk metropoliteninin Nemiqa stansiyasına giriş tunelində sərxoş insanların yaratdığı basabas nəticəsində 53 nəfər həlak olub, 150 nəfər xəsarət alıb

    2003. İKT Xarici işlər nazirlərinin Tehrandakı XXX (Həmrəylik və Ləyaqət) Toplantısında "Azərbaycan Respublikasına İqtisadi yardım haqqında Qətnamə" qəbul edilib

    2008. Bakıda "GUAM-ın inkişaf strategiyası" adlı beynəlxalq konfrans keçirilib
#29.05.2011 22:42 0 0 0