Tarixde Bugün - 2 iyun

Son güncelleme: 01.06.2011 23:23
  • Tarixde Bugün - 2 iyun

    ________________________

    2 iyun. İlin sonuna 212 gün qalır

    1793. Rusiya Krımın işğalını başa çatdırıb

    1882. İtaliyanın milli qəhrəmanı Cüzeppe Haribaldi vəfat edib

    1925. Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin (MİK) qərarı ilə 16 neftçi Qırmızı əmək bayrağı ordeni ilə təltif olunub

    1941. Türkiyənin Cinayət Məcəlləsinə ərəbcə azanı qadağan edən maddə əlavə edilib

    1946. İtaliyada respublika üsul-idarəsi bərqərar olub

    1953. İngilis kraliçası II Yelizavetanın tacqoyma mərasimi keçirilib

    1955. SSRİ və Yuqoslaviya 1948-ci ildə kəsilmiş diplomatik əlaqələri bərpa edib

    1955. Baykonur kosmodromunun əsası qoyulub

    1970. Türk realist ədəbiyyatının görkəmli nümayəndəsi Orxan Kamal vəfat edib. Yazıçının bir çox əsəri səhnələşdirilib

    1976. Sabit Rəhman adına Şəki Dövlət Dram teatrı açılıb

    1979. II İohan Pavel Polşaya səfər edib. Bununla da o, tarixə kommunist rejimli ölkəyə səfər edən ilk papa kimi düşüb.
#01.06.2011 23:23 0 0 0