Sevgilisi məşhur müğənnini atıb qaçdı - FOTO

Son güncelleme: 03.06.2011 00:04
  • noimage

    Türkiyəli məşhur müğənni Sərdar Ortacı litvalı sevgilisi olaylı şəkildə tərk edib.

    Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, ötən ay Sərdar Ortacla nişanlanan litvalı gözəl Asta sevgilisi yatarkən evdən çıxıb. Asta gedərkən evdən Sərdar Ortacın aldığı ayaqqabıları, çantaları, noutbuku və digər əşyaları da aparmağı unutmayıb.

    Qeyd edək ki, ötən həftə Asta və anası Kiprdə Sərdarın qonağı olublar. Türkiyəli müğənni nişanlısını və anasını 5 ulduzlu oteldə qəbul edib, onlar üçün lüks otaqlar tutub. Nişanlılar İstanbula qayıdandan bir gün sonra isə Asta bu addımı atıb.
#03.06.2011 00:04 0 0 0