Qara ciyərdən pirojnalar

Son güncelleme: 06.06.2011 14:58
  • noimage

    Terkibi:

    4 porsiya üçün:
    Mayonez - 1 xörək qaşığı
    Kök - 3 ədəd bişmiş
    İstiot - Zövgə uyğun
    Malın qara ciyəri - 0.5 kiloqram
    Bitki yağı - 2 xörək qaşığı
    Duz - Zövgə uyğun
    Yumurta - 2 ədəd

    Hazırlanması:

    1.Qara ciyər blenderdə xırdalanır və ya ət maşınında çəkilir.
    2. Yumurta, un əlavə edilir, duzlanır, istiotlanır. Hamısı yaxşı qarışdırılır. Alınan qarışıqdan 1-2 xörək qaşığı bitki yağı qızdırılmış tavaya qoyulur, hər iki tərəfdən qızardılır.
    3. Kök xırda dişli sürtkəcdən keçirilir, mayonezlə qarışdırılır və zövgə uyğun duzlanır.
    4. Hər bir çiyər parçasının üstünə kök qarışığı sürtülür. Üst-üstə 3 qat düzülür və zövgə uyğun bəzədilir.

    Nuş olsun...
#06.06.2011 14:58 0 0 0