Yuxu Yozmaları- V

Son güncelleme:
  • Yuxu Yozmaları 2011
    Vaqon - Röyada kömür dolu vaqon görmək-zənginliyə işarədir. Başqa şeylərlə dolu vaqon-bir-birini izləyən çətinliyə, sıxıntıya; içi boş vaqon -qazancı, muzdu az bir işə yozulur.
    Vağzal -Yaxın zamanda çozdan arzusunda olduğunuz bir səfərə çıxacaqsınız.
    Vadi - Yuxuda yaşıl vadi-yaşayışınızın xoşbəxtlik içində davam edəcəyini göstərir.
    Vaiz - Yuxuda vaiz görmək-ətrafınızın bəd niyyəli adamlar tərəfindən sarıldığına işarədir.
    Vaz geçmək - Röyada qətiyyətsizlik üzündən bir şeydən vaz geçmək-üzüntüyə, əndişəyə yozulur.


    Vali -Röyada vali görmək-üzüntü, sıxıntı, içki içmək, qumar oynamaq, oğurluq və s. bu kimi qeyri-əxlaqi işlərə işarə sayılır. Başqa yozumlara görə röyada vali görmək-xalqa can başla xidmət etməyi göstərir. yoxsul bir adamın röyasında vali olduğunu görməsi-dərcəsinin yüksəlməsi anlamındadır. Röyada vali olduğunu görən hakim rüşvət alıb höm verər.
    Valyuta alış verişi - Röyada valyuta işləri ilə məşğul olmaq-böyük miqdarda pul və dəyərli mal-mülk itkisinə işarə olaaqqəbul edilir.
    Var-dövlət - Röyada var-dövlət sahibi olduğunu görmək-xeyirli bir xəbər alacağına işarədir.
    Vahə - Sıxıntılı günləri arxada qoyub rahat və sevinc dolu bir yaşayışa qovuşmağa işarədir.
    Vedrə - Vedrəylə bağlı yuxular belə yozulur:
    Boş vedrə- pul itkisidir.
    Dolu vedrə-qazancdır.
    Yarıyacan dolu vedrə-gözlənilməz bir xəbərdir.
    Mis vedrə-pullu qazanclı işdir.
    Velosiped - Yuxuda velosiped görən adam çox çətin bir işlə qarşılaşacaq və o iş bir sıra xatırladan, səhvlərdən sonra yoluna qoyulacaqdır. Velosipedlə yoxuş yuxarı çıxmaq-roya sahibinin evindəki və iş həyatındakı bir sra çətinlikləri, axır ki, yenəcəyinə işarədir. Velosipedlə eniş enmək-xoşbəxtlik içində keçən həyat gözlənilməz bəd xəbərlərdən alt-üst olacaqdır.
    Vəba - Vəba xəstəliyi ilə ilgili yuxular bu günlərdə böyük bir maddi sıxıntı içinə düşmənizin mümkünlüyünə işarədir.
    Vəd vermək - Röyada yaxınlarınızdan birinə nəsə vəd etmək - borc istəmək anlamındadır.
    Vəzifədən çıxarılmaq - Arvadını boşamaq kimi yozulur, ya da yeri dəyidirmək analmına gəlir. Özünün işdə çıxarıldığını, yerinə daha yaşlı birinin gətirildiyini görmək-həmin vilayətin rəhbərinə düşmənləri tərəfindən ziyankarlıq yetirləcəkdir.
    Vərəm - Vərəm ilə bağlı röyalar xeyrəyozulmur, mənəvi sıxıntı anlamındadır.
    Vəsiyyət - Röyada vəsiyyət etdiyini görmək-kədərli olduğunuza; Var-dövlətini başasına vəsiyyət etmək-xeyirxalığa, yardıma, birliyə, barışığa yozulur.
    Viza - Yuxuda viza almaq-iraxın dostunuzun yardımı sayəsində düşmüş olduğunuzsıxıntıdan qurtaracaqsınız
    Vizit vərəqəsi - Bir nəfərdən yardım təklifi alacaqsınız.
    Villa (imarət) - Röyada özünü bir villanın içində görmək-düşmən üzərində qələbəni xəbər verir. Villa-rahatlıq, zəiflik və xoşbəxtlikdir.
    Viranəlik (uçuq-sökük yerlər) - xeyrə əlamət eildir. Bu cür röya görən aam pul-maliyyə işlərində daha ehtiyatlı davranmalıdır. Bəzi yozmlara görə, viranəlik-istəyə çatmaq kimi də açıqlanır.
    Viski içmək - Zənginliyə, səhhətinizin düzələcəyinə yozulur.
    Vitamin - Röyada vitaminli dərmanlar içmək-sağlamlığınıa diqqət yetirməyin gərəkliyinə işarədir.
    Vitrin - Yuxuda vitrin görmək-veriləcək göstərişlərin röya sahibini gülünc vəziyyətə salacağına işarədir.
    Vulkan (yanardağ) - Yuxuda vulkan püslürməsini gömək-cavan oğlan üçün-çox sayıb, hörmət etdiyi bir böyüyü ilə dalaşacağına və bu səbəbdən də işlərin pozulacağına; orta yaşlılar üçün-heç də istəmədiyi bir dəyişikliyə; gəncqaın üçün-çox sevəcəyi xoş davranışlı, lakin əsəbi biriylə evlənəcəyinə; evli qadın üçün-qonşu və qullqçu ilə qovğa edəcəyinə yozulur.
    Vücud (bədən) - Röyada vücudunu şişmiş görmək-qüvvətli düşmənlərə üstün gələcəyinizə yozulur.
0 0 0