Mövqelərimiz atəşə tutulub

Son güncelleme:
  • noimage

    Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəsi pozmaqda davam edir.

    Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, düşmən qüvvələri iyunun 10-da saat 01.30-dan 01.45-dək Füzuli rayonu ərazisindəki adsız yüksəkliklərdə və Aşağı Əbdülrəhmanlı kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 00.20-dən 01.40-dək Ağdam rayonunun Şıxlar kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.


    Düşmən cavab atəşi ilə susdurulub.

    Qaynaq:Lent.az
0 0 0