Yeni kliplərini televiziya kanallarından öncə "Youtube"da nümayiş etdirən müğənnilər Zülfiyyə Xanbabayeva, Miri Yusif, Səfurə, "Dəyirman" Malikin sırasına Lalə Məmmədova da qoşulub.
Lent.az-ın məlumatına görə, müğənni bir vaxtlar ona populyarlıq gətirən hit mahnısı "Səs"-ə klip çəkdirib. "Səs"-in musiqisi Vüqar Camalzadəyə, sözləri isə Aydın Əhmədzadəyə məxsusdur. Sözügedən mahnıya rejissor Nazim Şərbətov ekran həyatı verib.
Klipdə Lalə Məmmədova stilist Zemfira Qurbanova və stilist-vizajist Elnur Həsənovla çalışıb. Klip "Youtube"da nümayiş olunur.