Üç aylar və Qəndillər

Son güncelleme: 11.06.2011 23:48
  • Xalq arasında 3 aylar deyə adlandırılan Rəcəb, Şaban və Ramazan ayları kərəmi bol
    Rəbbimizin ruh dünyamıza bəxşetdiyi çox bərəkətli bir zamandır.
    Bu zamanda Ruhlar nəsiblərini ən yüksək səviyədə alır.
    Bu məna feslin dinimizdə müstəsna bir yeri vardır. Rəsulullahımızın (s.a.s) bir hədisində
    üç ay üçün "Rəcəb Allahın ayı, Şaban mənim ayım, Ramazan ümmətimin ayıdır"
    buyurmuşlardır. Ayrıca Rəsulullahımız (s.a.s) Rəcəb ayı girəndə
    " Ey Allahım Rəcəb və Şabanı bizə mübarək qıl, bizi Ramazana yetişdir"
    deyə dua edərdi. Rəcəb ayının ilk, ortna və son gününü oruclu keçirmənin
    fəzilətinə bağlı bəzi hədislərdə rəvayət edilmişdir.

    *****************

    Səid Bin Cübeyr (r.a) İbni Abbasdan (r.a) bele eşitdiyini deyir ;
    Rəsulullah (s.a.s) Rəcəb ayında bəzən oqədər oruc tutardı ki biz onu heç
    iftar etməyəcək zənnedərdik. Bəzəndə oqədər iftar edərdiki biz onu heç
    oruc tutmayacaq zənnedərdik. Rəcəb ayının bir xüsusiyətidə cümə axşamı
    gecəsini cüməyə bağlayan gecənin Reqaib gecəsi olmasıdır. Bu gecədə Uca
    Rəbbimizin artıq kərəminə, lütf və inayətinə nəhayət yoxdur.
    Bundan başqa Rəcəb ayının 27-ci gecəsidə Miraç qəndilidir.

    *****************

    Üç ayın ikincisi Şaban ayıda çox fəzilətli aydır. Müsəlmanlar bu ayda çox
    ibadət edərlər. Enes Bin Malikdən (r.a) gələn rəvayyətdə: Rəsulullaha (s.a.s)
    Ramazan orucundan sonra ən fəzilətli oruc hansıdır deyə şoruşdular.
    Rəsulullah : Ramazanı Şərifi təzim üçün tutlan orucdur deye buyurdular.
    Bəs hansı sədəqə üstündür deyə soruşduqlarında Peygemberimiz :

    *****************

    Ramazanda verilən sədəqə buyurdular. Şaban ayının digər fəziləti də
    bu ayın 14-cü gecəsini 15-ci günə bağlayan gecənin Berat Qəndilinin olmasıdır.
    Bu gecədə edilən duaların geri çevrilmədiyini Peygəmbərimiz (s.a.s) bu hədisində
    bizə xəbər verməkdədir. Beş gecə vardır ki onlarda dualar geri çevrilməz.
    Rəcəbin ilk gecəsi, Şabanın on beşinci gecəsi, Cümə gecəsi, Ramazan bayramı və Qurban bayramı gecələridir.

    Alıntı...
#11.06.2011 23:48 0 0 0