Azərbaycan Ermənistan və Rusiya XİN başçıları Moskvada görüşəcək

Son güncelleme: 12.06.2011 22:57
  • noimage

    Bu gün Moskvada Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair növbəti görüşü keçiriləcək.

    APA-nın məlumatına görə, nazirlər Elmar Məmmədyarov, Edvard Nalbandyan və Sergey Lavrov prezidentlərin iyunun 25-də Kazanda keçiriləcək üçtərəfli görüşünə hazırlıq prosesini müzakirə edəcəklər.


    Xatırladaq ki, ATƏT-in Minsk Qrupunun Rusiyadan olan həmsədri İqor Popov XİN başçılarının görüşündə prezidentlərə təqdim olunacaq yekun təkliflərin hazırlanacağını deyib: "Biz bu məsələdə Dovil bəyanatından çıxış edirik. O bəyanatda bildirilir ki, bu sənədin hazırlanması işimizə əlavə stimul vermiş olacaq. Güman edirik ki, Kazanda tərəflər konstruktiv mövqe nümayiş etdirəcəklər".

    Qaynaq:Lent.az
#12.06.2011 22:57 0 0 0