15 iyun Azərbaycan milli qurtuluş günü

Son güncelleme: 15.06.2011 12:40
  • noimagenoimage


    noimage
    noimage
    15 iyun 1993-cü ildə uzun çəkən qanlı hadisələrdən sonra Heydər Əliyev Bakıya qayıdıb, respublikaya başçılıq etməyə başladı. 1997-ci ildən qeyd olunur, 1998-ci ildən dövlət statusu verilmişdir.
    noimage
    Artıq respublikamız müstəqillik yolunda mətinlə irəliləyir, qazandığı uğurlarla qüdrətli, aparıcı bir dövlətə çevrilir. Heydər Əliyev dünyaya sübut etdi ki, Azərbaycanın qədim dövlətçilik ənənəsi var. Həmin ənənəni bu gün layaqətlə davam etdirən, Heydər Əliyev kursunun layiqli davamçısı möhtərəm prezidentimiz İlham Əliyev ilk addımında ölkənin inkişafı üçün mühüm sərəncamlar verib, regionlara səfərə çıxdı. Aparılan siyasi kursun doğruluğunu sübut etmək üçün son vaxtlar görülən quruculuq işlərinə, qazanılan uğurlara, əldə olunan nailiyyətlərə diqqət yetirsək bəs etmiş olar.
    Həqiqətən də Azərbaycan Respublikası bu gün böyük dövlətlər üçün önəmli bir ölkəyə çevrilib. İqtisadi, siyasi sahədə aparıcı bir dövlətə çevrilən Azərbaycan öz müstəqilliyi yolunda mətin addımlarla addımlayır. 15 iyun 1993-cü il tarixi an məhz Heydər Əliyev tərəfindən Azərbaycan təqviminə qızıl hərflərlə yazıldı. Xalq bu günü böyük sevinc və fərəh hissi ilə qeyd edir. Bu bayram münasibəti ilə xalqımızı təbrik edir və ən xoş arzularımızı bildiririk.



    noimage
#15.06.2011 12:40 0 0 0