Tarixde Bugün - 19 iyun

Son güncelleme: 19.06.2011 00:51
  • Tarixde Bugün - 19 iyun
    ____________________

    19 iyun. İlin sonuna 195 gün qalır.

    1097. Səlcuq türkləri İznik şəhərini (Türkiyə) tutub

    1623. Fransız fizik Blez Paskal anadan olub

    1862. ABŞ-da quldarlıq birdəfəlik ləğv edilib

    1900. Aktyor Möhsün Sənani Tiflisdə anadan olub

    1920. Erməni qatil Fətəli xan Xoyskini Tiflisdə qətlə yetirib

    1934. Azərbaycan SSR Xalq Komissarları Soveti 15 cildlik Azərbaycan Ensiklopediyasının nəşri haqqında qərar qəbul edib. Qərar həyata keçirilməyib

    1937. Burjua millətçiliyində ittiham edilən Salman Mümtaz ev dustağı edilib

    1941. Almaniya və Türkiyə arasında dostluq və hücum etməmək haqqında müqavilə imzalanıb

    1947. "Şeytan ayələri" kitabının müəllifi Salman Rüşdi anadan olub. İmam Xomeyni 1989-cu ildə onun ölümünə fitva verib

    1961. Küveyt müstəqillik əldə edib

    1992. Azərbaycan Respublikası Avstraliya ilə diplomatik əlaqələr qurub

    1997. Azərbaycan Respublikasının Mərkəzi Asiyada ilk səfirliyi Özbəkistanda açılıb

    2009. "Təhsil haqqında Qanun" qəbul edilib

    2009. Heydər Əliyev Fondu Strasburq kafedralının təmiri üçün 40 000 avro vəsait ayırıb

    2009. İran-Azərbaycan sərhədində qaçaqmalçılarla atışma zamanı 1 əsgər və bir neçə mülki şəxs həlak olub. Həlak olan əsgər Eltun İsgəndərova "Azərbaycan Milli qəhrəmanı" adı verilib.
#19.06.2011 00:51 0 0 0