Vaxtilə aralarında su keçməyən, bu günlərdə isə güclə salamlaşan sabiq dostlar - müğənni Röya və Zamiqi birləşdirən ortaq mövzu var.
Lent.az-ın məlumatına görə, hər iki müğənni sənət dostları Abbas Bağırovun mahnısını oxuyacaq.
Son vaxtlar musiqi bəstələməyə başlayan Abbasın mahnılarından birini Zamiq ifa edəcək. Bağırov digər bəstəsini də ən yaxın dostu Röyaya da təqdim edib.
Bundan başqa, Röya ilə Abbasın duet ifa edəcəkləri də gözlənilir.