Qızların rəddetmə cümlələri

Son güncelleme: 19.06.2011 12:10
  • noimage

    1.Dosd qalaq
    (mənim yanımda ol ki təzə oğlan dosdum ilə etdiklərimi danışmaq üçün bir adam olsun)
    2 Bu aralar başım öz kalyerama qarışıb
    ( işlə məşğul olmaq sənlə birlikdə olmaqdan yaxşıdır)
    3 Problem səndə deyil sadəcə mənim başım indi qarışığdı
    (əslində nə olursa olsun səninlə birlikdə ola bilmərəm)
    4 Bir başqasını sevirəm
    ( evdə pişiyimi oxşayıram, sevimli tortumu yeyirəm bütün bunlar səninlə birlikdə olmaqdan daha yaxşıdır)
    5 Həyatım bu anda çox qarışıqdı
    (evə getsək birdən yeni oğlan dosdum gələr və aləm qarışar)
    6 Səni düşünə bilmirəm
    ( çünki çox çirkinsən)
    7 Alınmadığı üçün çox məyusam
    ( amma hərdən sənə ehdiyacım olacaq çünki məni əyləndirəcək məni güldürəcək
    evə gətirəcək evimizi təmir edəcək bir axmağa ehdiyacım var axi bir ara səni yeni oğlan dosdum ilə tanış edərəm)
    8 Amma mən sənə qardaşım kimi baxıram
    ( bir daha heç vaxt bu mövzunu gündəmə gətirmə)
    9 Bir çox ailəvi problemlərim var onları həll etməliyəm
    (səndən başqa bir neçə nəfər məni isdəyir ona görə qərar verə bilmirəm)
    10 Belə bir münasibətə hələ hazır deyiləm
    ( hələ bir çox şeylərin dadını çıxarmamışam bərabər olmaq isdədiyim yüzlərlə oğlan var
    gözləməyə davam et daha yaxşısını tapa bilməsəm onda sənə hə deyərəm)
    11 Səni yetərincə tanımalıyam
    (evin,maşının, bağın varmı nə qədər pul qazanırsan? bankda pulun varmı və s)
    12 Mən səni isdəyirəm amma indi birgə ola bilmərik zamana buraxmalıyam
    (gəncəm, gözələm bunların dadını ən sonuna kimi çıxarmaq isdyirəm səndən daha yaxşısını tapmağı ümüd edirəm ona görə hələlik gözlə)
    13 Səni sevirəm amma mən çox seçici biriyəm ona görə də hər kəsi bəyənmirəm
    ( qısaca ətrafımda sənin kimi birini görmək isdəmirəm isdərdim yanımda çox varlı güclü
    Bred Pitt kimi biri olsun)
    14 Bağışla amma aramızda çox yaş fərqi var
    ( hələlik yaxşıdı amma sonrası üçün tereddüd edirəm)
    15 Səni mənimlə birgə təsəvvür edmirəm
    ( nə gündəsən)
    16 Sevgi mənə görə deyil
    (özümə inamım yoxdur onsuzda vaxdı çatanda ailəm məni kiməsə ərə verəcək)
    17Mən nişanlıyam
    (nə gözəl əylənirdim səninlə niyə məcbur etdin ki məndə həqiqəti deməyə məcbur oldum)
    18 Bəli səni sevirəm
    ( dürüst bir qız)
    19 xeyr səni isdəmirəm
    (Dürüst bir qız)
#19.06.2011 12:10 0 0 0