Azərbaycanı "Eurovision-2008" mahnı müsabiqəsində Elnur Hüseynovla birlikdə təmsil edən müğənnimiz Samir Cavadzadə prodüseri Arzu ilə yollarını ayırıb.
Lent.az-ın məlumatına görə, müğənni hazırda keçmiş prodüserinin adaşı Arzu ilə əməkdaşlıq edir.
Müğənninin prodüseri Samirlə əməkdaşlığın uğurlu nəticə verəcəyinə inanır: "Onların nə üçün ayrıldığını bilmirəm. Eləcə də Samirin "Eurovision"dan gələndən sonra uzun müddət niyə işləmədiyinə və yatdığına da məna verə bilmirəm. Artıq hər şey geridə qalıb. Hazırda 4 mahnı yazdırmışıq. Sentyabrda da konsert verməyə hazırlaşırıq. Vaxt var idi, Samir həvəsdən düşmüşdü. Stimul yox idi. Amma indi hər şey qaydasındadır".
Prodüseri Samiri şou-biznesin ən vacib və lazımlı müğənnilərindən hesab edir: "Səhnədə istedadlar çoxdur, lakin Samir onların ən istedadlısıdır. Bizdə hər cür çalarda səs var, onun beynində və ürəyində hamısı cəmlənib. Samir Cavadzadə Ginnesin Rekordlar Kitabına namizəd olan sənətçilərdəndir".