İdman Akademiyasında qanlı hadisə

Son güncelleme: 21.06.2011 10:28
  • noimage

    Naməlum şəxs 19 yaşlı tələbəni bıçaqlayıb

    İyunun 20-də Bakıdakı ali məktəblərdən birində bıçaqlanma hadisəsi baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Bədən Tərbiyəsi və İdman Akademiyasının həyətində Lənkəran rayon sakini, 1992-ci il təvəllüdlü tələbə Hüseynqulu Bağırzadə bıçaqlanıb.

    Yaralı 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.


    Qeyd edək ki, H.Bağırzadə həmin gün ali məktəbə imtahana gəlibmiş. Onun kim tərəfindən və hansı səbəbdən bıçaqlanması barədə isə hələlik məlumat yoxdur.

    Faktla bağlı əməliyyat-axtarış tədbirləri aparılır.


    Nizam RZA
#21.06.2011 10:28 0 0 0