Avstraliya alimlərinin araşdırması evdar qadınların "business-lady"-lərlə müqayisədə daha çox yaşadıqlarını üzə çıxarıb.
Alimlərin verdiyi məlumata görə, araşdırma işsizliyin fəal peşəkar fəaliyyətlə müqayisədə qadın orqanizminə daha xeyirli olduğunu göstərib. "Evdarlıq qadına daha böyük məmnunluq və sevinc bəxş edir", - deyə tədqiqatçılar bildirir. İşdə isə müxtəlif risklər, gərginliklər zərif cinsin nümayəndələrinə mənfi təsir göstərir.