Kaliforniya universitetinin alimləri növbəti qəribə kəşflərini ediblər. Onların apardığı araşdırmalar zamanı məlum olub ki, kök qadınlar zərif cinsin arıq nümayəndələrindən ağıllıdırlar. 16 min qadın arasında aparılan araşdırmalar zamanı bəlli olub ki, daha canlı bədən ölçülərinə malik qadınlarda ağıl hüceyrələri çox inkişaf edir. Arıq qadınlar isə aparılan testlər zamanı o qədər də yüksək göstərici nümayiş etdirə bilməyiblər. O da məlum olub ki, kök qadınlar tərəfindən dünyaya gətirilən uşaqlar da digərləri ilə müqayisədə ağıllı olurlar.