5 cavanlıq sirri

Son güncelleme: 24.06.2011 01:25
  • Qadınlar yaşlanmağın,qırışların qarşısını almaq üçün hər cür bahalı kremlərdən istifadə edirlər.Lakin hər vasitə o qədər yaxşı effekt vermir.Amma Avstraliyanın gözəllik ekspertləri qadınların cavan qalmasının onların həyat tərzindən asılı olduğunu sübut edir:



    Yaşıl çay
    -Tərkibində çoxlu antioksidantlar olan yaşıl çay sərbəst radikallara təsir edib,qocalmanı ləngidir.Gündə 8 stəkanı keçməmək şərti ilə yaşıl çay içmək olar.

    Meyvə miksləri
    -Qırışlar əleyhinə ən ideal maska meyvə qarışıqlarıdır.Ev şəraitində çiyələk ,qreypfrut,almadan hazırlanan maskalar üzü tam hamarlaşdıracaqdır.

    Tonus
    -Bədən tonusu yaşlanmaqda olan hüceyrələri ləngidir.Bədən tonusunu saxlamaq üçün gündə heç olmasa 30 dəqiqə idman hərəkətləri etmək vacibdir.

    Gülüş
    -Gülüş stres hormonu olan kontizolun səviyyəsini aşağı salır.Kontizol yüksək olduğu zaman qırışlar əmələ gəlməyə başlayır.

    İntim
    -Mütəmadi olaraq,fiziki yaxınlıq etmək qanda xoşbəxtlik hormonu olan serotonini yüksəldir.Bu da yaşlanmanın qarşısını alır.
#24.06.2011 01:25 0 0 0