Vyetnam müharibəsi başa çatdıqdan sonra,
bir Amerikan əskəri ölkəsinə qayıdır.Vətənə gəlib çatan zaman öz evinə telefonla zəng edir və telefona Anası cavab verir.
Əsgər - Salam Ana, necəsən? Ata necədir? Mənəm oğlun.Evə qayıdıram.
Valideyin - Salam oğlum.Çox gözəl.Gəl, yolunu gözləyirik.Atan da yaxşıdır və elə indi yanımdadır.
Əsgər - Ana, mən tək deyiləm.Bir əsgər dostum var və kimsəsizdir.O da mənimlədir və istəyirəm bizimlə yaşasın.
Valideyin - Lap yaxşı.Nə deyirəm ki?! O da bizim bir oğlumuz.Gözümüz üstə yeri var.
Əsgər - Ana, ancaq bir problem var.Dostum müharibədə ayaqlarını və bir əlini itirib.
Valideyin - Yox oğlum, lazım deyil.O bizə ancaq problem olacaq.Atan da buna razı deyil.Çalış gətirmə onu.
Valideyinin bu sözündən sonra Əsgər oğul telefonu yerinə qoyur.Aradan müəyyən bir müddət keçir.
Valideyinlərin yaşadığı şəhərdə bir intihar hadisəsi baş verir və mərhumun kimliyi
müəyyənləşdirildikdən sonra həmin ATA və ANA oğullarının meyitinə baxmaq üçün
morqa çağırırirlar.Valdideyinlər meyitin həqiqətən öz oğulları olduqlarını müəyyən edirlər,
amma bir məqam var ki, oğulun iki ayağı və bir qolu yox idi.