Yalan danışmanın caiz olduğu yerlər

Son güncelleme: 25.06.2011 01:46
  • noimage

    Sual: Qadının ərini idarə etmək üçün yalan danışması caizmi? Yalan danışmanın caiz olduğu başqa hallar da vardırmı?

    Cavab"
    Din düşmənlərinin zərərindən qorunmaq və ya müsəlmanları qorumaq üçün hər vaxt yalan danışmaq caiz olar. Zalımdan, bir müsəlmanın ol/tapıldığı yeri, malını, günahını saxlamaq da caizdir. İki müsəlmanın arasını tapmaq üçün, malını qorumaq üçün, müsəlmanın sirrinin, aybının meydana çıxmaması üçün və bunlar kimi haramları önləmək üçün, yalan caiz olar. Ölməmək üçün leş yeməyə bənzər. Həzrəti Sevban, (Bir müsəlmana faydası toxunan və ya bir müsəlmanın zərərini qaldıran yalan, yalan sayılmaz) buyurur.

    Qadın da ərini idarə etmək üçün yalan söyləyə bilər. Hədisi şərifdə buyuruldu ki:
    (Kişi, xanımını, xanım da, ərini idarə etmək üçün yalan danışsa günah olmaz.) [Müslim]

    İbni Erkam həzrətləri, Həzrəti Ömərə, (Xanım məni sevmir. Məni sevməyən bir xanımla mən necə birlikdə yaşayaram) dedi. Həzrəti Ömər, qadına soruşdu:
    - Ərinə, "səni sevmirəm" dedinmi?
    - Bəli dedim.
    - Nə üçün?
    - Mənə and içdirdi. Mən də yalan söyləyə bilmədim. Yoxsa burada yalana icazə vardırmı?
    - Əlbəttə burada yalan danışmağa icazə vardır. Bir qadın, ərini sevməsə də, onu üzməmək üçün, yalan danışsa günah olmaz.

    Alıntı..
#25.06.2011 01:46 0 0 0