Alimlər xərçəng xəstəliyinə tutulmağın daha bir səbəbini tapıblar. "Proceedinq of the Academi of Scienes" jurnalında dərc edilmiş materialda vurğulanır ki, alimlər tənhalığın da tədricən xərçəng xəstəliyinə yol açdığını düşünürlər. Nəticələr boz siçovullar üzərində aparılan araşdırmalardan sonra üzə çıxıb. Qeyd edək ki, siçanlar insanlarla çox oxşardırlar. Alimlər siçanların bir qrupunu ayrı, digərlərini isə tək-tək saxlayıblar. Nəticədə tənha qalan siçovullarda xərçəngə yoluxma risqinin qrup halında yaşayanlardan 84 dəfə çox olduğu üzə çıxıb.