Bakıda 2 ağır qəza

Son güncelleme: 26.06.2011 23:44
  • noimage

    İyunun 25-də saat 00.10 radələrində Sabunçu rayonu ərazisində, şəhər sakini Mirməhəmməd Salayev "Tempra" markalı avtomaşını idarə edərkən həmyerlisi Vilayət Ələsgərovu vurub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Vilayət Ələsgərov hadisə yerində ölmüşdür.

    Həmin gün saat 00.30 radələrində isə Bakının Nizami rayonu ərazisində, şəhər sakini Elçin Məmmədov "VAZ-2106" markalı avtomaşını idarə edərkən 35-40 yaşlı kişini vurub. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş həmin kişi orada ölüb.

    Qaynaq:Lent.az
#26.06.2011 23:44 0 0 0