Müqəddəs yurdunda sərt doğulmusan
Düşmən ürəyinə dərd doğulmusan
Anadan dünyaya mərd doğulmusan
Səninlə fəxr edir bir ölkə sənsiz
*****
Danışan dillərdə sözün qalıbdı
Düşmən ürəyində közün qalıbdı
Qəhrəman oğulsan izin qalıbdı
Səninlə fəxr edir bir ölkə sənsiz
*****
Qardaşı düşəndə yada qardaşım,
Atarmış özünü oda qardaşım.
Getmədi həyatın bada qardaşım
Səninlə fəxr edir bir ölkə sənsiz
*****
Milyonlar dilində tutulub ağın,
Canından çox sevdin vətən bayrağın
Ölərkən qucduğun ana torpağın-
Qübar dənizində batıbdır sənsiz
*****
Alıntı şer...