Türkiyədə model kimi çalışan və bu günlərdə müğənnilik fəaliyyətinə başlayan Nigar Talıbova dünəndən etibarən Türkiyənin TNT telekanalında yayımlanan "Model boat" realiti-şousuna qatılıb.
Lent.az-ın məlumatına görə, realiti-şounun formatına görə, modellər qayıqla İstanbuldan Bodruma gedəcəklər. Bodruma çatan ilk model qalib olacaq.
Şou iki həftə davam edəcək.
Qeyd edək ki, model daha öncə Azərbaycanda nümayiş olunan "Maşın" realiti-şousuna qatılmışdı.