Emin Ağalarov Eurovision ulduzları ilə birlikdə konsert verəcək

Son güncelleme: 01.07.2011 13:15
  • noimage

    Azərbaycanlı iş adamı və müğənni Emin Ağalarov iyulun 9-da Nardarandakı mötəbər əyləncə məkanlarından birində konsert proqramı ilə çıxış edəcək.
    Lent.az-ın məlumatına görə, Emin Ağalarovla birlikdə həmin gün "Eurovison" təmsilçilərimiz Aysel, Səfurə Əlizadə və ölkəmizə qalibiyyət gətirən Eldar Qasımovla Nigar Camal da səhnədə olacaqlar.

    Qeyd edək ki, Emin Ağalarov iyulun 7-də Yaşıl teatrda xeyriyyə konserti verəcək.

    Lalə Yusifqızı
#01.07.2011 13:15 0 0 0