Tarixde Bugün - 2 iyun

Son güncelleme: 02.07.2011 22:23
  • Tarixde Bugün - 2 iyun
    ________________

    2 iyul. İlin sonuna 182 gün qalır.

    1556. İvan Qroznının əmri ilə Həştərxan xanlığı ləğv edilərək Rusiyanın tərkibinə qatılıb

    1566. Fransız astroloq Mişel Nostradamus vəfat edib

    1800. Böyük Britaniya və İrlandiyanın birləşdirilməsi barədə akt qəbul edilib

    1900. Alman konstruktor Ferdinand fon Zeplen ilk dirijablı havaya qaldırmağa nail olub

    1900. Parisdə 2-ci Olimpiya oyunları açılıb

    1921. Azərbaycan SSR, Gürcüstan SSR və Ermənistan SSR arasında xarici ticarət orqanlarını birləşdirmək haqqında saziş imzalanıb

    1922. Azərbaycan SSR MİK yanında Yeni türk əlifbası komitəsi təşkil edilib

    1925. Konqolu siyasi lider Patris Lubumba anadan olub

    1947. Vyaçeslav Molotov SSRİ-nin "Marşall planı"na qoşulmayacağını bildirib

    1961. Amerikalı yazıçı Ernest Heminquey vəfat edib

    1966. Fransa Sakit okeanda ilk nüvə sınağını keçirib

    1976. Sabit Rəhman adına Şəki Dövlət dram teatrı açılıb

    1976. Şimali və Cənubi Vyetnam birləşərək Vyetnam Sosialist Respublikası təşkil edilib

    1982. Şair Ələkbər Ziyatay vəfat edib

    1989. Sovet siyasi xadimi Andrey Qromıko vəfat edib

    1990. SOV.İKP-nin sonuncu - 30-cu qurultayı işə başlayıb

    1993. Türkiyənin Sivas əyalətində oteldə baş verən yanğında 37 nəfər həlak olub

    2002. Azərbaycanda Ombudsman institutu təşkil edilib

    2009. Polşa prezidenti Lek Kaçinski Azərbaycana rəsmi səfərə gəlib
#02.07.2011 22:23 0 0 0