Araşdrma nəticəsində məlum olub ki, narın tərkibində olan "ellagitannins" adlı kimyəvi element xərçəng hüceyrələrinin artmasına səbəb olan östrojen hormonlarının çoxalmasının qarşısını alır. Alimlər bu araşdırmanın döş xərçənginə qarşı yeni dərmanlar hazırlanmasında mühüm rol oynayacağına inanınrlar. Onlar həmçinin hesab edir ki, çoxlu nar yemək bu baxımdan faydalı ola bilər. Mütəxəssislər isə dəqiq nəticə əldə etmək üçün bu kimyəvi elementlərdən nə qədər lazım olduğunu hələ öyrənə bilməyiblər.
Araşdırma, Amerika "Xərçəng Araşdırma Təşkilatı"nın orqanı olan "Cancer Prevention research"da nəşr olunub.