Xoş və kəskin ətirli bir bitkidir. Gövdəsi və yarpaqları tüklüdür. Daha çox su hövzələrinin (çay, göl, bataqlıq və s. kimi) kənarlarında yetişir. Hündürlüyü 20 sm-dən 60 sm-yə çatır. İyul-avqust aylarında çiçək, avqust-sentyabr aylarında isə meyvə verir. Yetişdiyi torpaq və iqlim şəraitindən asılı olaraq tərkibində 0.5-1.5% efir yağı olur.
Yarpız (latın dilindəki adı ilə "mentha pulegium" ) dodaqçiçəklilərfəsiləsindən çoxillik yabanı ot bitkisidir. Nanə cindinin Şimali və Qərbi Afrikada, Cənubi və Qərbi Asiyada, həmçinin Avropada yayılmış növüdür.
Faydaları:
• İştahanın açılmasına...
• Həzmin asanlaşmasına...
• Qan dövranının nizamlanmasına...
• Təngənəfəsliyin aradan qaldırılmasına...
• Baş ağrısının aradan qaldırılmasına...
• Öd xəstəliklərinin müalicəsinə...
• Toksik maddələrin ifraz olunmasına...
• Saç köklərinin möhkəmlənməsinə...
• Diş ağrısının aradan qaldırılmasına köməklik edir...
Digər tərəfdən, yarpız sakitləşdirici, ağrıkəsici, mikroböldürücü, bəlğəmgətirici, sidikqovucu təsiri ilə də məlumdur...
Yarpız hamilə və uşağa süd verən qadınlar üçün təhlükəlidir...