Ermənilər işğal etdikləri ərazilərimizi yenidən yandırırlar

Son güncelleme: 04.07.2011 23:20
  • noimage

    Ermənistan Silahlı Qüvvələri işğal altında saxladıqları Azərbaycan torpaqlarında yenidən yanğınlar törətməyə başlayıblar.

    APA-nın Qarabağ bürosunun məlumatına görə, erməni hərbiçiləri işğal altında olan Ağdərə rayonunun 3 nömrəli sovxoz adlanan ərazisində yanğınlar törədiblər. Alovun miqyası genişlənərək qoşunların təmas xətti arasındakı neytral əraziyə yaxınlaşıb.

    Hazırda yanğınlar davam edir.

    Qaynaq:Lent.az
#04.07.2011 23:20 0 0 0