Tarixde Bugün - 6 iyul

Son güncelleme: 06.07.2011 11:10
  • Tarixde Bugün - 6 iyul
    ________________

    6 iyul. İlin sonuna 178 gün qalır.

    969. Qahirə şəhərinin əsası qoyulub

    1439. Roma və Bizans kilsələri müvəqqəti olaraq birləşib

    1785. Dollar ABŞ-da vahid valyuta kimi qəbul edilib

    1796. Rus çarı I Nikolay anadan olub

    1885. Lui Paster quduzluğa qarşı vaksini 9 yaşlı uşağın üzərində uğurla sınaqdan çıxarıb

    1893. Fransız yazıçı Gi de Mopassan vəfat edib. Onun əsərlərinin böyük hissəsi dilimizə çevrilib

    1904. Qazax şairi Abay Kunanbayev vəfat edib

    1923. SSRİ-nin konstitusiyası qəbul edilib

    1926. Keçmiş SSRİ-də ilk elektrik dəmir yolu - Balaxanı-Sabunçu xətti təntənəli mərasimlə açılıb

    1940. Qazaxıstan prezidenti Nursultan Nazarbayev anadan olub

    1946. Aktyor Silvester Stalloni anadan olub

    1946. ABŞ prezidenti Corc Buş anadan olub

    1997. Qazaxıstan parlamenti paytaxtın Alma Atadan Akmolaya (Astana) köçürülməsinə qərar verib

    2005. Keçmiş diktator Avqusto Pinoçetin toxunulmazlığı ləğv edilib

    2009. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Diplomatik xidmətdə fərqlənməyə görə medalının təsis edilməsi haqqında Qanun"un tətbiqinə başlanıb

    2009. Obama Moskvaya rəsmi səfərə gəlib.

    2010. Məhkəmənin qərarı ilə Eynulla Fətullayev 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
#06.07.2011 11:10 0 0 0