Mən sənsiz yaşamıram ki

Son güncelleme: 06.07.2011 12:13
  • Mən sənsiz yaşamıram ki şiiri - Sevgi şiiri - Alıntı şiirler

    noimage


    Bu sevgimi, yoxsa həvəs
    Sənsiz dünyam dəmir qəfəs.
    Səninlə alıram nəfəs
    Mən sənsiz yaşamıram ki...
    noimage
    Mən dənizəm, sən sahilim
    İlk limanım, son sahilim.
    Dön geriyə, dön sahilim
    Mən sənsiz yaşamıram ki...
    noimage
    Ayrılmayaq dedim sənə
    Təkrar-təkrar, dönə-dönə
    Sənsizlik ölümdü mənə
    Mən sənsiz yaşamıram ki...

    noimage
    Alıntı şer...
#06.07.2011 12:13 0 0 0