Baş ağrısının 11 səbəbi

Son güncelleme: 07.07.2011 22:33
  • noimage

    Baş ağrısı bir çox insanın qorxulu röyasıdır.
    Ancaq heç bir ağrı səbəbsiz yerə başlamır. O cümlədən baş ağrısı.
    ABŞ-ın qadın jurnalı olan "Health" bu ağrının səbəblərini müəyyən edib.
    Ağrının səbəbi mütəxəssislərin apardığı araşdırmalar nəticəsində müəyyənləşdirilib.

    1. Çəki - artıq çəkidən əziyyət
    çəkənlərin baş ağrısı olma riski normal çəkililərdən 35 faiz çoxdur.

    2. Xasiyyət - həddindən çox ehtiyatlılıq, deyingənlik,
    narahatlıq baş ağrısına səbəb ola bilər.

    3.Cinsi həyat - Cinsi həyatı passiv olan
    insanları bu ağrıdan əziyyət çəkmək ehtimalı böyükdür.

    4.Tətil - həftəsonu tətilləri yuxu rejimini pozduğu üçün qısa müddətli ağrılara yol aça bilər.

    5. Qoxu - boyadan gələn qoxular ağrı yarada bilər.

    6. Susuzluq - bədənin uzun müddət susuz qalması ağrıya səbəb olur.

    7. Yemək yeməmək - aclıq baş ağrısına səbəb olan ən böyük faktorlardan biridir.

    8. Kafein - az miqdarda kafein qəbulu baş ağrısına yaxşı təsir edə bilər.
    Ancaq miqdarın artması daha böyük problemlər yaradacaq.

    9. Hərəkətsizlik - İsveçdə aparılan araşdırmalar hərəkətsizliyin xroniki
    ağrılara gətirib çıxara biləcəyini ortaya çıxarıb.

    10.Yuxusuzluq - gündə 6 saatdan az yatanlarda
    8 saat yatanlara nisbətən baş ağrısı riski daha yüksəkdir.

    11. Qidalanma - qırmızı şərab, pivə, şokolad, sosis kimi
    qidalar və içkilər bəzi insanlarda baş ağrısı yarada bilir.
#07.07.2011 22:33 0 0 0