Qəhvə ağrıkəsicidən daha təsirlidir

Son güncelleme: 07.07.2011 22:53
  • noimage


    Qəhvənin asılılıq yaratdığı aparılan araşdırmalar nəticəsində bəlli idi. Amerikada aparılan araşdırma isə onun faydalarını üzə çıxarıb. Bəlli olub ki, bir fincan qəhvə baş ağrısı, qaraciyər və mədə problemlərinə qarşı faydalıdır.

    Xərçəng
    Yaşıl və qara çay kimi qəhvənin də tərkibində antioksidanlar var. Bu da xərçəngə yol açan hüceyrələrin çoxalmasına mane olur. İmmuniteti gücləndirir.

    Baş ağrıları
    Qəhvənin tərkibində baş ağrısı dərmanlarında olan bəzi maddələr var. Bu xüsusiyyətinə görə qəhvə ağrıkəsicilərlə müqayisədə baş ağrılarında 40 faiz daha təsirli nəticə göstərir.

    Beyinin oyanması
    Qəhvə diqqətin cəmlənməsinə kömək edir. İnsanın özünü daha gümrah hiss etməsinə səbəb olur. Aparılan eksperimentlər məktəblilərin az miqdarda südlü qəhvə içdikləri zaman dərslərdə daha fəal olduqlarını üzə çıxarıb.

    Qaraciyər sağlamlığı
    Müntəzəm olaraq qəhvə içənlərin serroz kimi qaraciyər xəstəliklərindən daha az əziyyət çəkdiyi ortaya çıxıb.

    Dəri
    Qəhvə həm də sellülitə qarşı faydalıdır. Lakin sellülitə mübarizədə ancaq qəhvəyə etibar etmək olmaz.

    Parkinson
    Gündə bir fincan qəhvə içən kişilərdə Parkinson xəstəliyinə tutulma riski nisbətən azalır.
#07.07.2011 22:53 0 0 0