Gülməli Lətifələr - Gülüş üzünüzden eksik olmasın hemişe üzünüz gülsün

Son güncelleme: 09.07.2011 14:52
  • noimage

    Milçəklə söhbət.

    Birinin toyu olur papası zorla evləndirir. Oğlan qaş-qabağlı oturduğu yerdə birdən bir milçək
    vız-vız gəlib bunun burnuna qonur. Bu oğlan kinli-kinli milçəyə baxıb deyir:
    aralaş mazgimi çürütmə, yoxsa papaya deyərəm səni də evləndirər.

    Nənənin harayı.

    Bir qoca arvad küçə ilə yol gedərkən bir məscid görür, məscidin yanında da bir nəzir qutusu görür.
    Nəzir qutusuna əli əsə-əsə beş qəpiklik atır və deyir: Ay Allah sən özün ömrümü uzat!
    Arvad yolun o tərəfnə keçir bir maşın arvadı vurub sərir yerə.
    Ele bu vaxtı bir gənc oğlan da nəzir atmaq istəyəndə arvad can verə-verə başını qaldırıb deyir: A bala ora pul atma, ora işləmir.

    Səhrada su.

    Səhrada ölməkdə olan adam sürünür. Təsadüfən ordan cip keçir.
    Adamlar onu görüb köməyə çalışırlar: - Su, tez olun. Ona fincanda su gətirirlər.
    Can verən kişi gözlərini açıb güclə soruşur: - Qaynanmışdı?

    Ağıllı dəlilər.

    İki dəli imtahana girir. İmtahan qurtarandan sonra çıxır.
    Biri o birindən soruşur: necə yazdın? Cavab verir: boş vərəq verdim. Bəs sən?
    Mən də heç nə yazmadım boş vərəq verdim. O biri deyir: onda elə biliceylər köçürmüşük

    It.

    Kişinin iti ölür dostları ələ salmaq üçün gəlir onun yanına və başlayırlar: axır qəmin olsun!
    Yaddan çıxar təzə it alarsan fikir eləmə. Kişi qayıdıb deyir: heç bilmirdim itimin bu qədər tanışı var.

    Uşaq və sürücü.

    Bir gün bir sinif avtobusa minirlər. Bir az gedəndən sonra aftobus xarab olur.
    Sürücü düşüb aftobusu düzəldəndə bir oğlan gəlir deyir: dayı mən billrəm avtobusa nə olub.
    Sürücü deyir: Get başımdan. Sonra uşaq yenə gəlir deyir: mən billirəm axı.
    Sürücü deyir: Ay bala sənə deyirəm get başımdan. Uşaq yenə gələndə deyir mən bilirəm nə olub avtobusa.
    Sürücü deyir: hə nə olub? Deyir ki, avtobus xarab olub.

    Biyabırçılıq.

    Bir qıza elçi gəlmək istəyirlər. Anası qızına deyir ki, özümüzü elə göstərək ki, guya ki, varlıyıq.
    Mən səndən nə istəsəm de ki, hansını gətirim. Elçilər gəlir anası deyir qab gətir,
    qız da hansını gətirim deyir. Nəhayət elçilər deyirlər ki, qızın atasını çağırın. Qız birdən deyir hansı atamı

    Çayda çimmək.

    Bir nəfər çayda çimmək istəyir. Amma batmaqdan qorxur. Körpünün üstündə alkaş oturubmuş.
    Bu da soruşur ay qardaş suda batmaram ki? Alkaş deyir yox.
    Bu suya girir batır boğula-boğula deyir: bəs deyirdin su dərin deyil?
    Eh nə bilim bayaq 3 ördək üzürdü su sinələrindən idi.

    Dovşan.

    Dovşan avtobusa minir görür yer yoxdu. Deyir kim mənə yer verməsə dünənkini edəcəm.
    Ayı qorxur durur ona yer verir. Düşəndə maraqdan özünü saxlaya bilməyib soruşur:
    dovşan qardaş dünən neynəmişdiz ki? Heç nə ayaq üstə getmişdim

    Qarson və klient.

    Bir gün bir restorana kişi gəlir. Qarsona deyir bəs sizin soyuq çayınız var? Qarson deyir yox.
    Kişi çıxır gedir. Hər gün bu hadisə 4-5 dəfə təkrar olunur. Axırı qarson bezib restoran sahibinə
    məsələni danışır. O da deyir ki, çayı qoy dəmlənsin, sonra qoy soyuducuya, gələndə o
    kişiyə ver içsin. Qarson belə də edir. Elə həmin gün kişi gəlir, deyir bala soyuq çayın var?
    Qarson yekə-yekə deyir hə. Kişi deyir onda qoy isinsin, gətir içək

    Ağıllı söz.

    Uşaqdan soruşurlar ki, atan nə işləyir. Deyir güldan düzəldir. Deyirlər bəs anan.
    Deyir anam da atamın düzəltdiyi güldanları atamın başında sındırır.
#09.07.2011 14:52 0 0 0