Qadın qısqanclığı

Son güncelleme: 09.07.2011 18:42
  • qadınlar qısqanarken - qadın qısqanclıgı

    noimage


    Qadın qısqanarsa əvvəl özünə pislik edər, sonra sevdiyinə. Qadın qısqanarsa kişinin edəcəyi ən doğru şey qadında bu duyğunu yox edəcək çox sıx bir sevgiylə bağlanmağıdır.

    Qadın qısqanarsa kişi onu başa düşməli və ona kömək etməlidir. Qadın qısqanarsa kişi bunu azadlığına müdaxilə olaraq qəbul edərsə sevgi bitər. Qadın qısqanarsa mütləq yoldaşını çox sevir, amma bu sevgini təyin etməkdə çətinlikləri vardır. Qadın qısqanırsa kişinin sevgisində əskik olan nəsə vardır.

    Qadın qısqanırsa ortaya çox əzabverici nəticələr çıxa bilər. Qadın qısqanarsa sonrası təxmin edilməyəcək vəziyyətdir. Ya hər iki tərəf yara alır, ya da eşq bitər .Çünki kişilər əksər vaxt "qadın haqlıdır" deməzlər, deyə bilməzlər. Qadın əvvəl düşünür, dişlərini sıxır, bir az susar, bir az baxar, sonra yavaş-yavaş ən qorxunc planlarını hazırlamağa başlayır. Hər cür düşüncələr ağıla, xəyala gəlməyəcək şəkildə beyinə işləyir. Hər detalı düşünür, lahiyəsini tamamladıqdan sonra "intiqam cədvəli" hazırlayır.

    Qadın qısqanırsa həmcinsi də olsanız, qarşı cins də olsanız ağıllı bir qadının qısqanclığından qətiliklə qorxun. Çünki təxmin edə bilməyəcəyiniz bir mərhəmətsizlik, sonunda qan rəvan içində qalacağınız bir savaşın ortasında qalarsınız.

    Qadın qısqanırsa tükənmişsiniz deməkdir. Bunu başa düşdüyünüz vaxt ya çox gec qalmısınız, ya da artıq yaşamırsınız. Sizə elə şeylər edəcəkdir ki, heç nə anlamayacaqsınız. Yeri gəldiyində "Düşmənim belə etməz bunu" deyə bilərsiniz. Hələ sizi elə bir vəziyyətə salacaqdır ki,siz acı çəkərkən qarşınızda heç bir şey yoxmuş kimi bir vəziyyətdə görünüb əslində nə qədər sevincli olduğunu gizlətdiyini anlayarsınız. O mərhələyə gəlmizsinizsə artıq başa düşmüsünüz ki, qadınlar qarşılıqsız heç bir şey etməzlər.

    Qadın qısqanırsa əzmindən qorunmaq üçün ya heç sevməyəcəksiniz, ya da qətiliklə insan yerinə qoymamağı öyrənəcəksiniz. Əks halda sizdən əvəz çıxmadıqca əl çəkməzlər. "Mənim olmayan heç kimin ola bilməz" dedikləri üçün o vaxtdan sonra sizdən geriyə qalan ancaq bir dağıntı ola bilər. (Keçmiş olsun)

    Qadın qısqanırsa bu o deməkdir ki, qısqanılmaq istəyir. Əslində hər bir qadının arzusu qısqanılan bir qadın olmaqdır. Qadın qısqanıldıqca xoşbəxt olur. Qısqanan şəxs həyat yoldaşıdırsa qadın daha da xoşbəxt olur. Qadın yoldaşının həqiqətən sevdiyini qısqandığı zaman inanır. Bir zaman qısqanan adam indi qısqanmırsa məsələ ciddidir. O deməkdir ki, artıq adam əldən getmişdir.

    Qadın sevdiyinin əldən getdiyini qısqanmamasından başa düşər.

    Bəzi kişilər qadınların sözlərinə inanırlar, könlündəki sözləri oxuya bilməzlər. Bir qadın bir kişini sevirsə, o kişinin ona sahib çıxmasını istəyir. İlk qayda budur:

    -Qadına sahib çıxmayan kişiyə kişi belə deməz. Yalnız kişini istədiyi dozada saxlaya bilməsi üçün tədbirini əvvəlcədən alır.

    Yoldaşı tərəfindən qısqanılmaq qadına qadın olduğunu hiss etdirir. Qadına arzulanılan olduğunu düşündürür. Yoldaşı üçün önəmli olduğunu hiss etdirir. Başqa kişilərin də onu bəyənə biləcəyini göstərir. Yoldaşının diqqətini başqa qadınlardan qopardib özünə çevirir. Vəziyyət yaxşı getmirsə potansial ehtiyatlama ehtimalı verir. Yoldaşın tərəfindən başqa bir kişidən günün gündüz vaxtı hər kəsin içində qısqanılmaq qadın üçün bir ağrı kəsici dərmandır. Tək bir dərman hər dərdə dəvadır. Tək pis tərəfi budur:

    -Qısqanan adam dava salarsa, evə dalaşmış halda gedilirsə bu fantaziya şiddətlə sonlanır. Doğrusu bu şiddət belə ən dərinlərdə qadına sahiblənildiyi hissini verər, lakin qadın o vaxtı bunu istəməz. Şirin fantaziyasının dava-dalaşla qurtarmağını arzu etməz.

    Qısqanılmağının ləzzətini yaşamaq, qadınlığını sonsuz hiss etmək istəyir.
    Bəyənilmənin,sevilmənin,arzulanmanın və sahiblənmənin həzzini daima yaşamaq istəyir. Bu röya kişinin qadından uzaqlaşmağa başladığında bitir. Kişi qadına diqqət yetirməzsə bu qadını qorxudur. Nə qədər qısa geyindiyinə, paltarın sinəsinin nə qədər açıq olduğuna diqqət yetirməzsə bu qadını çox narahat edir. Çünki bu çox təhlükəlidir. Bu o deməkdir ki, kişinin diqqəti artıq başqa qadınadır.

    Elə kişilərdə vardır ki, qadınların qısqanıldığını sevmədiyini fikirləşir. Qadınların dediklərini doğru bilib könlündən keçənləri bilməzlər.

    Qadın bəzən həyat yoldaşlarını qadın dostlarından qısqanır, amma səbəb nədir? Səbəb hər qadını təhlükəli olduğunu bildikləri və ona inanmadıqları üçün, həyat yoldaşına inanmadıqları üçün.

    Alıntı..
#09.07.2011 18:42 0 0 0