Mütəxəssislər qaçmağın beynin fəaliyyətini yaxşılaşdırdığını bildirir. Almaniya mətbuatının verdiyi məlumata görə, yerli alimlərin həm uşaqlar, həm də böyüklər arasında apardığı eksperiment bu nəticəni ortaya çıxarıb. Eksperimentə qatılmış insanlara bir sıra məsələnin həlli tapşırılıb. Əvvəlcə onlar, sadəcə, masa arxasında əyləşərək məsələni həll etməyə çalışıb. İkinci mərhələdə isə onlar işə başlamazdan əvvəl qaçış zolağında qaçıblar. Məlum olub ki, insanlar qaçdıqdan sonra tapşırıqların öhdəsindən 40% daha yaxşı gəlirlər. Beləliklə, alimlər bildirir ki, səhərlər qaçan şəxslər intellektual məsələlərin öhdəsindən daha tez gəlir və daha düzgün qərarlar qəbul edir.