Bakıda hava küləkli, isti olacaq

Son güncelleme: 10.07.2011 02:06
  • noimage

    Şimal və qərb rayonlarına yağış yağacaq

    Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti bu gün gözlənilən hava proqnozunu açıqlayıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, iyulun 10-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, yağmursuz keçəcəyi gözlənilir.


    Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 21-26 dərəcə isti, gündüz 29-33 dərəcə isti təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 23-24 dərəcə isti olacaq.


    Azərbaycanın rayonlarına gəlincə, iyulun 10-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 21-26 dərəcə isti, gündüz 34-38 dərəcə isti, dağlarda gecə 15-20 dərəcə isti, gündüz 24-29 dərəcə isti təşkil edəcək.


    Milli Hidrometeorologiya Departamenti hava şəraitinin qısa icmalına da açıqlayıb. Yaxın 2 gün ərzində ölkə ərazisində arabir güclənən şimal-qərb küləyi əsəcək.

    Qaynaq:Lent.az
#10.07.2011 02:06 0 0 0