Seren Serengil Bodrumda istirahət edərkən ölümlə üzləşib
Tanınmış sənətçi Seren Serengil Bodrumda istirahət edərkən ölümlə üzləşib. Müğənninin dostunun idarə etdiyi avtomobil aşıb. Seren Serengil qəzada yüngül yaralanıb. Xəstəxanada aparılan müayinə zamanı müğənninin qolunda çat aşkarlanıb.
Serengil qəza ilə bağlı bunları deyib: "Bodrumdan otelimizə dönürduk. Döngədən dönərkən bir anda qarşımıza bir yük maşını çıxdı. Toqquşmamaq üçün dostum sükanı döndərdi və ... Bizi Allah qorudu. Yaşamağımız bir möcüzədir. Allaha şükür ki, heç bir xəsarətimiz yoxdur, yaxşıyıq".