Skarlet Yoxanson və Rayan Reynolds nəhayət rəsmən boşandılar.
Təəsüflər olsun ki, onların 4 il davam edən gözəl məhəbbət tarixçəsi başa çatdı.
Ola bilər ki, bu hadisə ulduzların pərəstişkarları üçün xoşbəxtlikdir.
Aktyorlar 2007-ci ildə tanış olmuşdular, 5 may 2008-ci ildə isə
nişanlandıqlarını elan etmişdilər. Cütlük özlərini ciddi aparırdı və elit tədbirlərə çox nadir
hallarda birlikdə qatılırdılar. Skarlet Yoxanson və Rayan Reynolds 27 sentyabr 2008-ci ildə
ər-arvad oldular. Onların toyu da tam məxfi keçdi,
yalnız qohumlar və ən yaxın dostlar iştirak edirdi.
Lakin yüklənmiş aktyor cədvəli və hər ikisinin səfərləri ailə həyatının alınmasına əngəl oldu.
Və onlar 2010-cu ilin dekabrında ayrıldıqlarını bəyan etdilər. Bu ani və yaxud da
düşünülməmiş qərar deyildi. Buna görə də lazım olan sənədlər bir neçə gün ərzində
toplandı. İndi isə, üstündən 6 ay keçdikdən sonra
Skarlet Yoxanson və Rayan Reynolds rəsmi boşanmış hesab edilirlər.
Aktyorlar dost ayrılıblar, bir-birlərinə qarşı heç bir inciklik hiss etmirlər.
Belə ki, onlar nigah müqaviləsi bağlamamışdılar və sadəcə birgə yaşadıqları iki il
ərzində əldə etdikləri bütün əmlaklarını və pullarını yarıya bölmək qərarına gəldilər.
Ayrıldıqlarını bəyan edəndən sonra Skarlet Yoxanson Şon Penlə roman yaşayıb.
Lakin onların münasibətləri bir neçə ay sürüb. Aktyor ciddi münasibətə hazır deyildi.
Rayan Reynolsa gəlincə isə, onu qadın əhatəsində görən olmayıb.
Həm də o, hələ də keçmiş arvadının xiffətini çəkdiyini etiraf edib.
Yeri gəlmişkən, cütlüyün boşanması ilə hal-hazırda Arnold Şvarseneggerin
həyat yoldaşı Mariya Şvaynerin maraqlarını müdafiə edən məşhur vəkil Lora Vasser
məşğul olub. Mariya Şvayner keçmiş qubernatorun qanundan kənar oğlu olduğunu
öyrəndikdən sonra boşanmağa qərar verib.