Ağ gilas mürəbbəsi

Son güncelleme: 13.07.2011 07:06
  • noimageÇəyirdəyi çıxardılmış gilas - 1kq, şəkər tozu - 1,2kq, lumu turşusu - 2q, vanilin - 1q, və ya hil 3q.

    Mürəbbə bişirmək üçün ətli gilas növləri götürülür. Çəyirdəyi çıxarılmış gilasın üzərinə şəkər tozu əlavə edilir, 3-5 saat saxlanılır. Zəif Alov üzərində hər dəfə 6-8 dəqiqə qaynadılıb 5-6 saat saxlanılmaqla 3 dəfəyə bişirilir. Hazır olana yaxın lumu turşusu, vanilin və ya hil əlavə edilir.Nuş olsun..
#13.07.2011 07:06 0 0 0