Tarixde Bugün - 13 iyul

Son güncelleme: 14.07.2011 01:07
  • Tarixde Bugün - 13 iyul
    noimage
    13 iyul. İlin sonuna 171 gün qalır.

    1789. "Peterburqdan Moskvaya səyahət" kitabının müəllifi Aleksandr Radişev həbs edilib

    1793. Fransız siyasi xadim Jan Pol Marat qətlə yetirilib

    1841. Rusiya, İngiltərə, Fransa, Prussiya və Türkiyə arasında Bosfor və Dardanel boğazından xarici hərbi gəmilərin keçməsini qadağan edən saziş imzalanıb

    1882. Rusiyada ilk telefon stansiyaları qurulub

    1908. Qadınlar ilk dəfə müasir olimpiya oyunlarında (Londonda) iştirak edib

    1918. Azərbaycan Xalq Cümhuriyyətində səyyar hərbi xəstəxanaların yaradılmasına başlanıb

    1926. Xalq rəssamı Vidadi Nərimanbəyov Fransanın Kann şəhərində anadan olub

    1930. Uruqvayda futbol üzrə ilk dünya çempionatı keçirilib

    1947. Avropanın xarici işlər nazirləri "Avropanın bərpası planı"nı təsdiq ediblər

    1954. Türk müğənni Sezen Aksu anadan olub

    1959. Trabzonda ABŞ hərbi bazası qurulub

    1977. Nyu-York tarixində ilk dəfə 25 saat ərzində elektrik kəsilməsi ictimai asayişin pozulmasına səbəb olub

    1992. Azərbaycan Respublikası Oman ilə diplomatik əlaqələr qurub

    1996. Prezident Heydər Əliyev Avropa Şurası Baş katibinin adına məktub göndərərək Azərbaycanın Avropa Şurasına tam hüquqlu üzv qəbul olunmaq və digər üzv dövlətlər kimi İnsan hüquqları və azadlıqları haqda Avropa konvensiyasına qoşulmaq arzusunda olduğunu bildirib

    2001. Şair Mirvarid Dilbazi vəfat edib

    2007. Azərbaycan və Türkiyə arasında təmənnasız hərbi yardım haqqında Saziş imzalanıb.
#14.07.2011 01:07 0 0 0