Məhəmməd Peyğəmbərdən Kəlamlar

Son güncelleme: 14.07.2011 22:05
  • Behişt və Cəhənnəm haqqında


    Cəhənnəm ləzzətlərdə, Behişt isə əzab və əziyyətdə gizlənib.

    Behiştə ayaq basıb gördüm ki, onun sütunlarına qızılı üç sətir yazıblar. Birinci sətri "La İlahə İllalah, Məhəmməd rəsullah".
    İkinci sətirdə belə idi: "Qabaqcadan göndərdiklərimizi tapdıq, xərclədiklərimizdən faydalandıq, bügünkü günə qoyduqlarımızı əldən verdik (itirdik)".
    Üçüncü sətri isə belə idi: "Ümmət günahkardır, bağışlayan ALLAHdır".

    Behişt anaların ayaqları altındadır.

    Ürəyində bir istiot dənəsi qədər imanı olan şəxs cəhənnəmə getməyəcəkdir. Ürəyində bir istiot dənəsi qədər qürur, xudbinlik olan şəxs isə Behiştə ayaq basmayacaqdır.

    Behişt və cəhənnəm sizin təsəvvür etdiyinizdən də çox sizə yaxındır.

    Xalqla ədəblə, ərkanla rəftar edib onları kədərləndirməyin, şadlandırın. Kitab əhliylə* üzləşəndə, əksər hallarda sizdən soruşacaqlar: "Behiştin açarı nədir?". Onlara cavab verin ki, Behiştin açarı məhz ALLAHın həqiqətinə inanmaq və xeyir işlər görməkdir.

    Xalq Rəsuli-əkrəmdən soruşdu:
    ─ "La İlahə İlləlah" kəlamı Behiştin açarı hesab olunur, ya yox?
    Həzrət buyurdu:
    ─ Bəli. Lakin bu elə bir açardır ki, onu qorumaq lazımdır. Belə nişanələri olan açarla gəldikdə Behiştin qapıları sizin üzünüzə açılacaq, əks təqdirdə açılmayacaqdır.

    Behişt ilə bəndə arasında yeddi dar, yoxuşlu çığır vardır: onların ən asanı ölümdür. Ən çətini məzlumların, zalımların ətəyindən tutduqları zaman ALLAHın qarşısında dayanmaqdır.

    Behişt o adam üçün deyil ki, özgələrə etdiyi yaxşılığı gözə soxub onları təhqir və məzəmmət etsin.

    Şadlıqlar məkanına ─ (Behiştə) üç şəxs daha asan daxil olacaq:
    1. Rəiyyətini ədalətlə idarə edən sultan.
    2. Ürəyi başqalarına məhəbbətlə dolu mehriban şəxs.
    3. Günahsız (pak) dindar adam.

    Bir nəfər öz oğlu ilə Peyğəmbərin (s) hüzuruna getdi.
    Rəsuli-əkrəm (s) soruşdu:
    ─ "Bu uşağı sevirsənmi?"
    Həmin adam cavab verdi: "Ya Rəsulüllah, mən bu övladımı sevdiyim qədər qoy ALLAH da səni sevsin".
    Bir müddətdən sonra Rəsuli-əkrəm (s) uşağı atası ilə birlikdə görməyəndə soruşdu.
    ─ Kişi, övladının başına nə gəlib?
    Ərz etdi:
    ─ Ey ALLAHın Peyğəmbəri, ölübdür.
    Peyğəmbər (s) ataya buyurdu:
    ─Ola bilsin ki, sözüm xoşuna gəlməsin, ancaq həqiqət budur: Sən Behiştin qapısını tapa bilməyəcəksən, oğlunun yolunu gözləyəcəksən ki, o səni Behiştə aparsın.
    Ayrı bir kişi soruşdu:
    ─Ey ALLAHın Peyğəmbəri, bu xoş xəbər məhz bu kişi üçündür, ya hamımız üçün?
    Peyğəmbər (s) buyurdu:
    ─Hamı üçündür.

    Soruşdular: Behişt nədir?
    Peyğəmbər (s) buyurdu: "Elə bir yerdir ki, göz görməyib, qulaq eşitməyib və bəşərin fikrinə də gəlməmişdir".
    Cəhənnəmin örtüyü şəhvət və ehtirasdır; Behiştin örtüyü isə məkruhlardır.

    Alıntı..
#14.07.2011 22:05 0 0 0