Yayda sağlamlığı necə qoruyaq?

Son güncelleme: 14.07.2011 22:10
  • Hər şey dişdən keçir

    Mütəxəssislərin fikrincə, yayda dişlər daha çox işləyir.
    Çünki yayda həm meyvə, həm də qida məhsulları çox olur.
    Ona görə dişlərin üzərinə böyük vəzifə düşür.
    Bu baxımdan yayda dişləri daha çox qorumaq lazımdır.

    Mütəxəssislər bunun üçün 6 xeyirli qida məhsulunu təklif edir.

    1. Kefir.
    Onun tərkibində kifayət qədər kalsium və fosfor var.

    2. Balıq.
    Balığın insan üçün xeyrini hamı bilir.
    Amma o, həm də dişlərin birinci dostudur. Tərkibində D vitamini çoxdur.

    3. Çörək.
    Bir dişdəm çörək dişləri müxtəlif çöküntülərdən təmizləyir,
    ağız boşluğunda turşu-qələvi balansı normada saxlayır.

    4. Kök.
    Əsl diş fırçasıdır.

    5. Qara gavalı.
    Kariyesin düşmənidir. Diş ətini soyuqdəymədən qoruyur.

    6. Acı şokolad.
    Bu şokoladın tərkibindəki maddələr dişləri müxtəlif bakteriyalardan təmizləyir.

    Beləliklə, dünyanın tanınmış mütəxəssislərin və stomatoloqların fikrincə,
    yay mövsümündə dişlərə xeyirli olan 6 qida məhsulu ilə sizi tanış etdik.

    Çalışın bu məsləhətlərə riayət edəsiniz.
#14.07.2011 22:10 0 0 0