Azərbaycanın populyar müğənnisi Rahidə Baxışovanın səhhətində problemlər yaranıb.
Lent.az-a daxil olan məlumata görə, müğənni dünən həkim müayinəsindən keçmək üçün Türkiyəyə yollanıb. Xəbəri müğənninin prodüseri Xamis Ağcayev Lent.az-a təsdiqləyib, lakin təfərrüatları açıqlamayıb: "Rahidə Türkiyəyə həm ticarət, həm ziyarət üçün gedib. Bəli, səhhətində problemlər var. Bu gün həkim müayinəsindən keçib, analizin cavablarını gözləyir. Ola bilsin, cavablar qənaətbəxş olsun, ola da bilsin ki, əməliyyat olunsun".