Ananın qayğısına qalmaq

Son güncelleme: 16.07.2011 20:16
  • Ananın qayğısına qalmaq hekayesi - Dini hekayeler

    Bəhz ibn Həkim atasından, o da babasından (r.a) rəvayət edir ki, mən Peyğəmbərdən r soruşdum: "Ey Allahın elçisi! Mən kimə qayğı göstərməliyəm?" Dedi: "Anana!" Yenə soruşdum: "Kimə qayğı göstərməliyəm?" Dedi: "Anana!" Yenə soruşdum: "Kimə qayğı göstərməliyəm?" Dedi: "Anana!" Yenə soruşdum: "Kimə qayğı göstərməliyəm?" Dedi: "Atana! Sonra da ən yaxın və ən yaxın olanlara".
    İbn Abbas (r.a) rəvayət edir ki, bir kişi onun yanına gəlib dedi: "Mən bir qadına elçi göndərdim, o isə mənə ərə gəlməkdən imtina etdi. Lakin başqa birisi ona elçi göndərdi, ona ərə getməyə razılıq verdi. Mən də qısqanclıq üzündən qadını öldürdüm. Hərgah tövbə etsəm, qəbul olarmı?" İbn Abbas (r.a) soruşdu: "Anan sağdırmı?" O: "Xeyr!"- deyə cavab verdi. İbn Abbas (r.a) dedi: "Qüdrətli və əzəmətli Allaha tövbə et və bacardığın qədər Ona yaxınlaş!"

    (Əta ibn Yəsar deyir ki,) mən gedib ibn Abbasdan soruşdum: "Nə üçün ondan anasının sağ olub-olmadığını soruşdun?" O dedi: "Çünki mən qüdrətli və əzəmətli Allah yanında ana qayğısını çəkməkdən daha yaxşı bir əməl bilmirəm".
#16.07.2011 20:16 0 0 0